Qadin.NET / Bu xanımın 117 yaşı tamam oldu

Bu xanımın 117 yaşı tamam oldu

 

Misao Okava 117 yaşını övladları, nəvələri, nəticələri və kötücələri ilə birlikdə qeyd edib. O, 1898-ci ilin martın 5-də Yaponiyanın qərbindəki Osaka şəhərində anadan olub.Milli.Az Yomiuri-yə istinadən bildirir ki, "sağlam həyat tərzi sürdüyümə görə bu qədər yaşadım" söyləyən uzunömürlülərdən fərqli olaraq Misao Okava bunca illər yaşamasının sirrini bilmədiyini deyib.Misao nənə Gennesin Rekordlar Kitabına görə, dünyanın ən yaşlı insanı sayılır.Yaponiyada qadınların orta ömür sürəyi 86 ildir.

Mənbə: Milli.Az
5 mart 2015
GO BACK