Qadin.NET / Avropa Oyunlarına 100 gün qaldı

Avropa Oyunlarına 100 gün qaldı

Avropa Oyunlarına 100 gün qaldı
Bu ilin iyyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına artıq 100 gün qalıb.
Oyunların başlanmasına 100 gün qalması ilə bağlı bu gün tədbir təşkil edilib. Tədbirdə oyunlarla bağlı bir sıra məsələlərə aydınlıq gətirilib. 
Oyunlarda 20 idman növü üzrə 243 medal dəsti oynanılacaq. Bu medalların üzərində Avropa Oyunlarının simvolları olan “maral”, “nar” və Bakı təmsil olunacaq. Medalı digər üzündə isə Avropa Oyunlarının emblemi təsvir olunacaq. Bu medalları oyunçulara Azərbaycanın qalib idmançıları təqdim edəcək. 
Tədbirdə həmçinin bilet satışları ilə bağlı bir sıra məslələrə də aydınlıq gətirildi. Belə ki, biletləri qiyməti 2, 3, 4 və 5 manat arası dəyişəcək. 16 yaşadək olanlar bu yarışları pulsuz izləyə biləcəklər.
I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək istəynlər üçün bilet qiyməti 10, 50, 100 və 200 manata arsı dəyişəcək. Bağlanış mərasimində isə biletlərin qiyməti 10, 100 manat təşkil edəcək. 
Bu il iyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunlarının proqramına 20 idman növü daxil olunub. On yeddi gün ərzində Avropadan 6 mindən çox idmançı yarışların mükafatları uğrunda mübarizə aparacaq. Həmçinin yarışlarda idmanın 12 növü üzrə 2016-ci ildə Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq.

Mənbə: ANS PRESS

4 mart 2015
GO BACK