Qadin.NET / Saatlar 1 saat irəli çəkilir

Saatlar 1 saat irəli çəkilir

Saatlar 1 saat irəli çəkilir
Martın 29-da Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək.Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblər bir saat irəli çəkilir: “Bu il də martın 29-da gecə saat 04:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək”.Komitədən həmçinin bildiriblər ki, hər il oktyabrın ayının son bazar günü saat 05:00-da isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.Bu qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Mənbə: ANS PRESS

4 mart 2015
GO BACK