Qadin.NET / Bakının böyük dərdinə son

Bakının böyük dərdinə son

 

Bakının böyük dərdinə son

Bakı-Xırdalan-Sumqayıt sakinləri tıxacsız mənzil başına çatmaq şanslarından istifadə edə biləcəklər.
ANS TV-nin məlumatına görə, bu gündən etibarən Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmiryolu xəttinin əsaslı təmirinə başlanılıb. Bir sözlə istismara yararsız Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti yenilənir. Hazırda ərazidə rekonstruksiya işləri apalırılır. 
Yenidən qurma işləri ümumilikdə Bakı stansiyasından başlamaqla Keşlə, Biləcəri, Xırdalan, Güzdək və Sumqayıt stansiyalarını əhatə edəcək. 
Təmir işlərinə Güzdək stansiyasından başlanılıb, hazırda ərazidə ağır texnika vasitəsilə torpağın hamarlanması prosesi icra edilir. Görülən yenidənqurma işləri Sumqayıt-Bakı arasındakı sərnişindaşımanı yüngülləşdirməyə xidmət edəcək.
Dəmir yolu xətti istismara verildikdən sonra yeni elektrik qatarları xəttə buraxılacaq. Bu sürətli qatarlar vasitəsilə sərnişinlər heç bir tıxaca düşmədən və vaxt itirmədən cəmi 40 dəqiqəyə mənzil başına çata biləcəklər. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, yaxın vaxtlarda yolun digər bir hissəsində də əsaslı təmirə başlanacaq.
"Bakı-Sumqayıt arasında istismar ərazisi 42 kilometrdir. Onun 36 kilometri iki xətlidir, 6 kilometri isə bir xətlidir. Birbaşa Sumqayıt stansiyasına getmək üçün əlavə 1, 6 kilometr yeni yolun inşası tələb olunur ki, bu işlər də yaxın zamanlarda həyata keçiriləcək”. 
Dəmir yolu xəttində aparılan təmir işləri üç ay ərzində yekunlaşacaq.

 

Mənbə: ANS PRESS

4 mart 2015
GO BACK