Qadin.NET / İrandan ABŞ-a rədd cavabı

İrandan ABŞ-a rədd cavabı

 

İrandan ABŞ-a rədd cavabı

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obamanın İrana nüvə proqramını dondurması barədə təklif etməsinə rəsmi Tehran müsbət cavab verməyib.ANS PRESS-in məlumatına görə, ötən gün İsveçrənin Montrö şəhərində İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidentinin təklifinə də münasibət bildirib.
Lakin onun cavabı ABŞ-ın könlüncə olmayıb. Çünki iranlı nazir B.Obamanın bu təklifini məntiqsiz hesab edib. O həmiçinin sözlərinə əlavə edib ki, İran nüvə proqramına dair danışıqları Qərblə davam etdirəcək. 
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama “Reuters” agentliyinə verdiyi müsahibədə İrana 10 il müddətində nüvə proqramını dondurmasını və sadəcə bu halda yekun razılaşmanın əldə ediləcəyini bildirib. Bundan başqa o, nüvə proqramının dondurulması üçün Konqresdən İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsini dayandırmağa çağırıb. Onun fikrincə senatorların məsələyə müdaxiləsi bütün cəhdləri poza bilər.

 

Mənbə: ANS PRESS

4 mart 2015
GO BACK