Qadin.NET / Azərbaycanda 25 min nəfərə ucuz kompüter

Azərbaycanda 25 min nəfərə ucuz kompüter

 

Azərbaycanda 25 min nəfərə ucuz kompüter

“Xalq kompyuteri” layihəsi çərçivəsində güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 25 min 300-ə çatıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, “Hər ailə üçün kompyuter” şüarı altında həyata keçirilən layihədə təqdim edilən kompyuter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25 faizdən 40 faizədək aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
Layihə çərçivəsində orta məktəb müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizatı isə “BestComp Group” şirkəti həyata keçirir.

 

Mənbə: ANS PRESS

4 mart 2015
GO BACK