Qadin.NET / Ən varlılar arasında azərbaycanlı da var

Ən varlılar arasında azərbaycanlı da var

 

 

Dünyanın ən məhşur biznes jurnalı olan “Forbes”in sonuncu nəşrində dərc edilən ən varlı insanların siyahısında, azərbaycanlı da yer alıb. Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov 12,2 milyard sərvətilə Rusiya milyarderlərinin reytinq cədvəlində altıncı yerdə qərarlaşıb. 
Milli.Az anspress-ə istinadən bildirir ki, həmyerlimiz uzun illərdən sonra Rusiya milyarderlərinin reytinqin siyahısına sərvətinin miqdarı ilə dəyişiklik edib. Son 4 ildə Rusiya milyarderlərinin reytinqində liderliyi “USM” Holdinqin prezidenti özbək əsilli Əlişir Usmanov qoruyub saxlayırdı. Bu il isə “Lukoil” şirkətinin prezidenti azərbaycanlı Vahid Ələkbərovun sərvətini jurnal 12,2 milyard dollar dəyərində qiymətləndirib.
“Forbes”in dünya milyarderlərinin reytinq cədvəlində üçüncü yeri 72,3 milyard dollar sərvətilə amerikalı investor Uorren Baffet, ikinci yeri 76,4 milyard dollar sərvətilə meksikalı biznesmen Karlos Slim, birinci yeri isə “Microsoft”un yaradıcısı Bil Qeyts 79,3 milyard dollar sərvətilə tutub.
“Forbes” iki həftədən bir nəşr olunan bir biznes jurnalıdır. Jurnalın nəşrinə ötən əsrin 17-ci ilindən başlanılıb. Şotlandiyadan Amerika Birləşmiş Ştatlarına köçən iqtisadi jurnalistika ilə məşğul olan Forbes tərəfindən yaradılıb. Dərgi ingilis dilindən başqa daha 7 dildə nəşr olunur. “Forbes” müxtəlif iqtisadi xəbərlərlə yanaşı hər il ən zəngin iş adamlarının siyahısını da dərc edir.
Mənbə: Milli.Az
3 mart 2015
GO BACK