“Türkmənistan qazının Türkiyəyə və Türkiyə üzərindən Avropa bazarlarına daşınması məsələsi ilə bağlı fikir mübadiləsi apardıq. Bu arada təbii ki, aidiyyəti nazirliklər də eyni şəkildə bir araya gələrək fikir mübadiləsi aparıblar. Bəhs etdiyim bu məsələlərdə başda Azərbaycan olmaqla digər region ölkələri ilə də sıx bir dialoq və işbirliyi aparırıq. Bu məqsədlə Türkiyə-Türkmənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində üçtərəfli bir mexanizmi ötən il ərsəyə gətirmişik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Mənbə: ANS PRESS