Qadin.NET / Gürcülərdən Putini qəzəbləndirəcək qərar

Gürcülərdən Putini qəzəbləndirəcək qərar

 

Gürcülərdən Putini qəzəbləndirəcək qərar

Gürcüstan mayın 9-da Moskvada faşizm üzərində qələbənin 70 illiyinə həsr olunacaq təntənəli tədbirə qatılmayacaq. ANS PRESS-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili deyib. Baxmayaraq ki, Rusiya bununla bağlı rəsmi Tiflisə rəsmi dəvət göndərib. "Xeyr, biz 9 may tədbirlərində iştirak etməyəcəyik", - deyə nazir deyib. 
Buna qədər isə Rusiya xarici işlər naziri Sergey Lavrov 20 xarici ölkə başçısının 9 may tədbirlərinə qatılacağı ilə bağlı rəsmi təsdiq məktubunun göndərildiyini bildirib. 
Qeyd edək ki, Gürcüstanın 9 may tədbirlərindən rəsmən imtina etməsinə baxmayaraq bu addım gürcülərin faşizm üzərində qələbələrinin rolunu kölgə altına almır. Belə ki, 1945-ci ildə Berlinin Reyxtaqının binası üzərinə Sovet bayrağı sancan əsgərlərdən biri də gürcü Kantariya olub.

 

Mənbə: ANS PRESS

3 mart 2015
GO BACK