Qadin.NET / Niyə yaxşı ola bilmirik?

Niyə yaxşı ola bilmirik?

 

 

Bakının avtobuslarının çoxunda hərəkət zamanı qapılar açıq qalır. Biz artıq belə mənzərəni görməyə alışmışıq. Belə halların daha çox müşahidə olunduğu 215, 119, 199, 169, 135 saylı marşrutların avtobuslarında salonun içini təsəvvür etmək çətin deyil. Qış vaxtı belə avtobusların içi soyuducu kameranı xatırladır. Milli.Az xəbər verir ki, Day.Az saytı ictimai nəqliyyatdakı bu problemə toxunub. Məqalədə qeyd olunub ki, belə şikayətlər adətən 215 saylı marşrutdan olur. Bütün qş boyu sürücülər avtobusları açıq qapılarla sürüblər. Problemin əsas səbəbi isə avtobusun həddən artıq yüklənməsidir. 

 

Mənbə: Milli.Az

3 mart 2015
GO BACK