Qadin.NET / 4 yığma yenidən birləşir

4 yığma yenidən birləşir

 

 

2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının futbol yarışında Böyük Britaniya millisi də iştirak edə bilər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası Braziliyaya birləşmiş komanda ilə yollanmaq üçün ilk addımı atıb.
Belə ki, ingilislər Uels, Şotlandiya və Şimali İrlandiya federasiyalarına müraciət edərək, 2012-ci ildə London Olimpiadasında olduğu kimi 4 deyil, 1 komanda ilə oynamağı təklif ediblər. Lakin evdəki yarışlardan fərqli, bu dəfə britaniyalılar seçmə mərhələdən keçməli olacaqlar. Bunu Böyük Britaniyanın Olimpiya Komitəsi də təsdiqləyib.
Qeyd edək ki, Londonda vahid komanda kimi Olimpiadaya qatılan futbolun yaradıcıları 1960-cı ildən sonra ilk dəfə belə addım atmışdılar.
Mənbə: Milli.Az
3 mart 2015
GO BACK