Qadin.NET / "Real" azarkeşlərinə üzücü xəbər

"Real" azarkeşlərinə üzücü xəbər

 

 

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda iş yerini dəyişə bilər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı yenidən İngiltərədə işləməyə çox yaxındır.
Belə ki, onunla “Mançester Siti” klubunun rəhbərliyi danışıq aparır. “Şəhərlilər” hazırkı çalışdırıcı Manuel Pelleqrini ilə yolları ayırıb, onun yerinə Ançelottini gətirməyi planlaşdırırlar.
Pelleqrini “Mançester Siti”ni bu mövsüm İngiltərə çempionu edə bilməsə, onunla əməkdaşlığa son qoyulacaq. Həmin posta əsas namizəd olan Ançelottinin də ingilislərin təklifinə razılıq verdiyi bildirilir. 
Mənbə: Milli.Az
3 mart 2015
GO BACK