İTV 60-cı "Eurovision" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçını daxili seçim əsasında müəyyənləşdirəcək. Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu haqda telekanalın rəsmi internet saytında yazılıb.Hal-hazırda yaradıcı heyət mayda Avstriyanın Vyana şəhərində keçiriləcək yarışda çıxışın təşkili üzərində çalışır. Milli seçimdə iştirak etməyə hazır, ölkə təmsilçiliyinə iddialı və özünə güvənən ifaçılar (Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan əsilli ifaçılar) seçimlərə qatılmaq üçün özləri ilə bağlı məlumatı (ad, soyad, doğum tarixi, yaşadığı şəhər və sair barədə əsas məlumatlar, performansın audio/video yazısı, "Youtube" linki və beş ədəd foto) bu ünvanına göndərə bilərlər: [email protected]"Eurovision 2015"dəki təmsilçimiz və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq.
Qeyd edək ki, Azərbaycan ilk dəfə 2008-ci ildə yarışmaya qatılıb. 2011-ci ildə təmsilçilərimiz Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnısı ilə ölkəyə qələbə gətiriblər. 2012-ci ildə Azərbaycan 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edib.
Mənbə: Milli.Az