Qadin.NET / Telefon dələduzluğu: bizdə belə şeylər olurmu?

Telefon dələduzluğu: bizdə belə şeylər olurmu?

 

"Prank" sözü ingiliscədən tərcümədə şuluqluq mənasını verir. Ona görə də sadə telefon dələduzlarını prankerlər adlandırırlar. 
Adətən belə adamlar anonim telefon zəngləri edərək onları əsəbləşdirir, cavab reaksiyası gözləyirlər. 
Milli.Az-ın məlumatına görə, psixoloq Dəyanət Rzayev echo.az-a açıqlamasında bildirib ki, prankerlər adətən təyin olunmayan nömrələrdən zəng vururlar. Bu səbəbdən də onları tapmaq çətin olur. 
"Sadə zarafatlarla yanaşı, prank bəzən olduqca təhlükəli ola bilir", - deyə psixoloq bildirib. 
Belə zarafatlar bəzən prankerin qurbanına ağır psixoloji travmalar yetirə bilər. Misal üçün: 

 

- Sizin qardaşınız xəstəxanaya düşüb. 
- Nə baş verib? 
- Gəlin, yerində öyrənərsiz!

Psixoloq deyir ki, bu cür zarafatlar insan psixologiyasına sağalmaz yaralar sala bilər. 
Dəyanət Rzayevin sözlərinə görə, prankerlərin özləri psixoloji çatışmazlığı olan insanlardır. 

 

Mənbə: Milli.Az

3 mart 2015
GO BACK