Qadin.NET / Sinoptiklər hansı hava şəraitini vəd edirlər?

Sinoptiklər hansı hava şəraitini vəd edirlər?

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir.Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 4-də fasilələrlə yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.
Bu cür hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

 

Mənbə: Milli.Az

3 mart 2015
GO BACK