Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, Yevlax şəhər mərkəzi bazarında hazırda 1 kiloqram şor 1 manata, pendir 2 manata satılır. Motal pendirinin qiyməti 3-10 manat arasında dəyişir. Nehrə yağı 5-6 manata alıcılara təklif olunur. Satıcı Tükəzban Kərimovanın sözlərinə görə, ümumilikdə bu göstəricilər əvvəlkindən 50 qəpik - 1 manat aşağıdır. Satıcı Çiçək Əliyeva isə deyir ki, ot ucuzlaşıb. Həm də yazqabağı heyvanlarda südün məhsuldarlığı artır. Bu da qiymətlərə təsir göstərir.Südün və qatığın qiymətində isə enmə müşahidə olunmur. Bazarda 1 litr süd, həm də qatıq 60 qəpiyə istehlakçılara təklif edilir. Bazarda yumurta isə 12-15 qəpiyə satılır. Bu da əvvəlkindən 5-7 qəpik aşağıdır.
Mənbə: Milli.Az