Rənglərin insan psixologiyasına təsiri danılmazdır. Rənglər insan psixologiyasına təsir edən əsas vasitələrdən biridir. Lakin bu təsir həm müsbət həm də mənfi şəkildə özünü büruzə verə bilər. Müsbət formada rənglər -rahatlıq, dinclik, əks mənada isə- ətrafdakı mənfi enerjini özünə cəlb edərək insanın xəstələnməsinə belə gətirib çıxara bilər. Ətrafdakı rənglər insana adi gözlə görə bilmədiyi müəyyən enerjini ötürmə gücünə malikdir.
Psixoloq Dəyanət Rzayev depressiyada olan insanların sarı rəngi müşahidə etmələrini tövsiyyə edir. Sarı günəş rəngi olduğu üçün depressiyada olan insanlara müalicəvi təsir edir.
Qara rəng isə somatik xəstələrə xeyirlidir. Çünki, bu rəng bütün rənglərin sintezindən yaranıb. Psixoloq yaşıl rəngə meyilli insanlarda bir müddət rahatçılıq yaransa da, sonradan bu rahatçılığın tənbəlliklə əvəzlənəcəyini də vurğulayır.
Həyəcan və hərəkətin vəhdəti olan qırmızı rəng insana enerji verərək onu hərəkətə səsləyir. Həmin rəngin müxtəlif çalarlarında geyinənlər başqalarının diqqətini cəlb etməyi sevirlər.
Macəra sevərlər və cəsurların əsas sevimli rəngi - narıncıdır. Belə insanlar gülüb-güldürməyi çox sevirlər.
Günəş rəngi olan sarı -insana pozitiv bəxş edərək onda idarəçilik qabiliyyətini artırır. Bu rəngin müxtəlif çalarlarında geyinən insanlar kökəlməyə meyilli olurlar.
Dincəlmək və rahatlaşmaq istəyənlərin rəngi olan -yaşıl tarazlıq və uyğunluq simvoludur. Bu rəngin aşiqləri təbiəti və sakitliyi sevərlər.
Mavi rəng- ətrafınızdakıların sizə maraq və sevgisini artırar. Bu rəngdən istifadə edənlər mehriban və sülhsevər olmalarıla fərqlənirlər. Göy isə təmizkarların sevimli rəngidir.
Stilist Samir Əliyevin sözlərinə görə, ağ və sarışın insanlara qara rəng, qarabəniz insanlara isə gümüş, qızılı və çəhrayı rəng yaraşır. O məsləhət verdi ki, geyimlərdə xanımlar bu rənglərdən istifadə edə bilərlər.
Saflıq, paklıq rəmzi olan ağ rəngi sevərlər neytral olmalarına görə fərqlənirlər.
Qara rəng isə - işıq sevməyən, ölüm və kədər simvoludur. Bu rəngdə geyinənlər hər hansı işi görməzdən əvvəl yüz olçüb-bir biçirlər.
Torpaq rəngi olan qəhvəyi insanın torpaqdan yaranıb bir gün də torpağa qayıdacağını simvolik olaraq ifadə edir. Bu rəngin sevərləri sərbəstliyi sevərlər.
Bənövşəyi rəng - istedadla gücün qovuşmasını simvolizə edir. Bu səbəbdən də son zamanlar əksər şirkətlər öz loqotip və işçilərinin formalarının məhz bu rəngdə olmasına xüsusi önəm verirlər.
Mənbə: ANS PRESS