Qadin.NET / Sensasiya: İsa Məsihin doğulduğu ev tapıldı

Sensasiya: İsa Məsihin doğulduğu ev tapıldı

 

İsraildəki Nəzəriyyə şəhərində arxeoloji-qazma işləri aparan britaniyalı arxeoloqlar İsa Məsihin doğulduğu və həyatının ilk illərini keçirdiyi güman edilən evin qalıqlarını aşkarladıqlarını deyirlər. Təqribən 9 il davam edən araşdırmaların sonucları belədir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Yusif və Məryəmin evinin yerləşdiyi məkanın arayışları ilə bağlı 19-cu əsrin sonlarında başlanmış kəskin mübahisə hələ də davam edir. Fəqət 2006-cı ilədək alimlər təxminləri yoxlamağa tələsmirdilər.Britaniyanın Redinq Universitetinin professoru Ken Dark "Biblical Archeology Review"da dərc etdirdiyi məqalədə bildirib ki, İsa Məsihin doğulduğu və həyatının ilk illərini keçirdiyi güman edilən evin qalıqlarını aşkarlayıb.K.Dark iddia edir ki, əhəngdaşı təpəsinin içində qazılaraq tikilmiş ev İsa Məsihin ata yurdudur."Bu qalıqlar eramızın ilk əsrinə məxsusdur. Bizanslılar və səlibçilərin yazdıqları da məhz qazıntı işləri apardığımız yerin İsa Məsihin doğulduğu ev olduğuna dəlalət edir. İsa Məsihi atası Yusif və anası Məryəm Nəzəriyyədən aparandan sonra bu evin yerində məbəd tikilib, ətrafda isə qəbristanlıq olub. İsa Məsihin uşaqlıq illəri barədə məlumat azdır. Yalnız o bilinir ki, Hz.İsa uşaqlıq illərində dülgər atası Yusifin yanında işləyib", - K.Dark bildirib.

 

Mənbə: Milli.Az
3 mart 2015
GO BACK