İsrailin Cissər əl-Zarka şəhərində İffət adlı qadın artıq 3-cü dəfədir ki, əkiz övlad dünyaya gətirir. ANS PRESS-in məlumatına görə, əvvəlki əkizlər qız olsa, bu dəfə oğlanlar dünyaya gəlib. Hər 3 əkizin dünyaya gəlməsi üçün ana qeysəriyyə əməliyyatı keçirməli olub. Həkimlər onun 3-üncü dəfə bu cür əməliyyata getməsini kifayət qədər təhlükəli hesab ediblər. Lakin ana hələ hamiləliyinin ilk çağlarında təhlükəni göz önünə alıb.Hazırda yeni anadan olan körpələr tam sağlamdır. Lakin doğuş zamanı ana ölümcül vəziyyətdə olub. Həkimlər onu çətinliklə həyata qaytara biliblər.Həkimlər bu cür halların milyonda 1 dəfə baş verdiyini deyiblər.
Mənbə: ANS PRESS