Qadin.NET / Bu qadına “Ukrayna Qəhrəmanı” adı verildi

Bu qadına “Ukrayna Qəhrəmanı” adı verildi

 

Bu qadına “Ukrayna Qəhrəmanı” adı verildi

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə saxlanılan baş leytenant pilot Nadejda Savçenkoya “Ukrayna Qəhrəmanı” adının verilməsi haqqında fərman imzalayıb.ANS PRESS-in məlumatına görə, bu haqda ölkə liderinin rəsmi “Facebook” səhifəsində xəbər verilib."Nadejda Ukrayna ruhunun və qəhrəmanlığın yenilməzliyinin simvoludur. O vətəni necə müdafiə etmək və Ukraynanı sevmək lazım olduğunu göstərir. Biz sizi əsirlikdən xilas etmək üçün hər şeyi edəcəyik. Mən çox ümid edirəm ki, sizə “Ukrayna Qəhrəmanı”nın qızıl ulduzunu təqdim edə biləcəyəm ", - deyə prezident bildirib.33 yaşlı Nadejda Savçenko 2014-cü il Donbassda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur. Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. Bu il fevralın ayında Moskvanın Basman rayon Məhkəməsi onun həbs müddətini mayın 13-nə qədər uzadıb. N. Savçenko hazırda aclıq aksiyası keçirir və onun səhhəti pisləşib. 

 

Mənbə: ANS PRESS

3 mart 2015
GO BACK