Dayanacaqlarda “Wi-Fi” sisteminin quraşdırılmasına gəlincə, nazirlik rəsmisi qeyd edib ki, bunun üçün hələ tezdir:
"Çox güman ki, dayanacaqlarda “Wi-Fi” quraşdırılması aprel-may aylarında reallaşdırılacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq “Wi-Fi” sistemi dünya standartlarına cavab verəcək və yüksək sürətli olacaq. Avropa Oyunları başa çatdıqdan sonra da vətəndaşların dayanacaqlardakı “Wi-Fi” sistemindən istifadəsi istisna edilmir".
N.Həsənovun sözlərinə görə “Bakı 2015” Avropa Oyunları üçün nəzərdə tutulmuş yeni avtobusların gətirilməsi məsələsində hər hansı problem olmayacaq: “Manatın devalvasiyası bu məsələlərdə hər hansı çətinlik yaratmır. Avtobuslar gətirilib və gətirilməkdə də davam edəcək. Hansı istiqamətlərdə zərurət olduğunu aydınlaşdırırıq. Belə istiqamətlər müəyyənləşdikcə və zərurət yarandıqca yeni avtobusların alınması davam etdirilir”.
Bakı üçün ilkin mərhələdə Fransa istehsalı olan 302 ədəd avtobus alınıb. Bunlar “Mercedes” markalı mikroavtobuslar və “İVECO” markalı iritutumlu avtobuslardır. Yeni avtobuslar Avropa Oyunlarına gələcək yüksəksəviyyəli qonaqların daşınması üçündür.
Mənbə: ANS PRESS