Qadin.NET / İspan futbolçu rəsmən "Qarabağ"da

İspan futbolçu rəsmən "Qarabağ"da

İspan futbolçu rəsmən "Qarabağ"da
"Qarabağ" Dani Quintananın transferini həll edib. ANS PRESS-in məlumatına görə, Ağdam klubu ispan futbolçu ilə rəsmi müqavilə imzalayıb.Anlaşmaya əsasən Dani Quintana qarşıdakı 3 ildə "Qarabağ"ın formasını geyiəcək. O, bu mövsüm artıq iki klubda çıС…ış etdiyindən indi Ağdam klubunun formasını geyinə bilməyəcək. Beləliklə müqavilə yaydan etibarən qüvvəyə minəcək. 
Qeyd edək ki, “Valensiya”nın yetirməsi olan Daniel Quintana Sosa “Qarabağ”a Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan gəlib. Futbolçu mövsümün ilk dövrəsində isə Polşa “Yaqelloniya”sında çıxış edib. O, əvvəllər İspaniyanın "Puçol", "Ontinyent", "Alzira", "Rasinq Ferrol", "Hurakan", "Olimpik Xativa" və "Gimnastik" klublarında top qovub.

Mənbə: ANS PRESS

2 mart 2015
GO BACK