Qadin.NET / Maaş əndişəsinə son

Maaş əndişəsinə son

 

Maaş əndişəsinə son

Son günlər müəllimlərə məvaciblərin artımla deyil, köhnə qaydada hesablanacağı ilə bağlı informasiya yayılır. Artıq bir neçə gündür ki, bu barədə ANS PRESS-in "qaynar xətti"nə məlumatlar daxil olur. Məlumatda məktəblərin mühasibatlığına bununla bağlı məlumat daxil olduğu və müəllimlərə maaş artımının qüvvədən düşdüyü deyilib. Məsələni araşdırmaq məqsədilə Bakı Şəhər Təhsil İdarəsinə müraciət etdik. 
Qurumun mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva ANS PRESS-in sorğusuna cavab olaraq bildirib: "Müəllimlərin maaş artımı məsələsi ilə bağlı sualınıza cavab olaraq bildirirəm ki, ölkə başçısının Sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib. 
Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanmış, Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri arasında razılaşdırılaraq Hökumətə təqdim edilib. Yeni norma tətbiq ediləndən sonra, belə müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35% artacaq.
Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 1 yanvar 2015-ci il tarixdən hesablanıb ödəniləcək".

 

Mənbə: ANS PRESS

2 mart 2015
GO BACK