Qadin.NET / Dollar bahalaşacaq

Dollar bahalaşacaq

 

Dollar bahalaşacaq

"Dolların rəsmi məzənnəsinin son günlər cüzi artımı daha çox manata inamı qaytarmaq məqsədi daşıyır və böyük ehtimalla qısamüddətli olacaq". ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. O qeyd edib ki, dolların ciddi ucuzlaşması gözlənilmir və bir müddətdən sonra onun yenidən bahalaşmasını müşahidə edəcəyik:
"Mərkəzi Bank fevral ayında məzənnə siyasətini bivalyuta səbəti əsasında müəyyənləşdirməyə başlaması formal xarakter daşıyır. Səbətin strukturu hələ də açıqlanmır. Ancaq ehtimal etmək olar ki, avronun payı çox azdır və bu nisbət 90\10 (dollar\avro) şəklindədir. Real nisbətlə bağlı açıqlamanın verilməməsi onu göstərir ki, Mərkəzi Bank hələ konkretləşdirməyib. Ola bilsin Mərkəzi Bank bu nisbəti 80/20-yə dəyişsin. İstənilən halda bu il avronun ucuzlaşması davam edəcək və deməli, bu, manatın məzənnəsinə də təsir göstərək". 
Mütəxəssisin fikrincə, avronun ucuzlaşması fonunda manatın kəskin bahalaşmasına imkan verməmək üçün manatın da dollara nisbətən ucuzlaşması baş verəcək. İqtisadçı hesab edir ki, istənilən halda yumşaq devalvasiya prosesi hələ də qüvvədədir.

 

Mənbə: ANS PRESS

2 mart 2015
GO BACK