Qadin.NET / Nazir müəllim ixtisarından danışdı

Nazir müəllim ixtisarından danışdı

 

Nazir müəllim ixtisarından danışdı

"Bakıdakı məktəblərdə çalışan 30 min müəllimin dərs yükü orta hesabla 18 saat civarındadır". ANS PRESS-in məlumatına görə, bunu "Azərbaycan" qəzetindəki məqaləsində təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamın icrası çərcivəsində heç bir müəllimin ixtisarı nəzərdə tutulmur.Nazir qeyd edib ki, müəllimlərin həm dərs yükünün, həm də əməkhaqqının artırılması ehtiyacı sistemin qeyri-optimal olmasından qaynaqlanıb.
"Hər zaman müəllimlərin əməkhaqqının artırılması məsələsi müzakirə olunarkən bunun icrası yolları və forması əsas suallardan biri kimi qarşıda dururdu. Düşünürdük ki, əməkhaqqı artımı, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir.
Növbəti mərhələdə isə diaqnostik qiymətləndirmə ilə ölkəmizin bütün regionlarında çalışan müəllimlərin əhatə edilməsi nəzərdə tutulub".
M.Cabbarovun sözlərinə görə, region ölkələri ilə müqayisədə Azərbaycanda bir müəllimə düşən şagird sayı göstəricisi daha aşağıdır. Müəllimlərin dərs yükünün müvafiq həddə çatdırılması ilə müəllim-şagird nisbəti də normal məcraya düşəcək.

 

Mənbə: ANS PRESS

2 mart 2015
GO BACK