Qadin.NET / Türkiyənin sabiq prezidentinin ölüm xəbəri yayıldı

Türkiyənin sabiq prezidentinin ölüm xəbəri yayıldı

 

Türkiyənin sabiq prezidentinin ölüm xəbəri yayıldı

Türkiyədə tanınmış siyasətçi və peşəkar hərbçi olan Kenan Evren dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, bu barədə Twitter sosial paylaşım mərkəzində məlumat yayılıb. 
Yayılmış məlumatlara görə, Türkiyənin 7-ci prezidenti Kenan Evren bu gün müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Onun uzun zaman ağır xəstəlikdən müalicə aldığı bildirilir.
Ötən həftə onun ölümü ilə bağlı məlumatlar yayılsa da, sonradan informasiyaların yalan olduğu bildirildi. Lakin bununla bağlı rəsmi məlumat verilmədi.
Qeyd edək ki, Kənan Evren 1917-ci ildə anadan olub. Türkiyə Silahlı Qüvvələrinin qərərgah rəisi vəzifəsində çalışıb. 1980-ci ilin 12 sentyabrında dövlət çevrilişi edib. O, Süleyman Dəmirəli hakimiyyətdən devirərək, Türkiyə parlamentini ləğv edib. 1982-89-cu illərdə Türkiyə prezidenti olub.
2004-cü ildə haqqında cinayət işi qaldırılıb və ordu generalı rütbəsi əlindən alınıb. Məhkəmə onu ömürlük azadlıqdan məhrum edib.
Ömürlük həbs verilən Kenan Evren xəstəliyi ilə əlaqədar Gülhanə xəstəxanasına yerləşdirilmişdi.

 

Mənbə: ANS PRESS

2 mart 2015
GO BACK