Qadin.NET / Diktatorun ad gününə 1 milyon dollar xərcləndi

Diktatorun ad gününə 1 milyon dollar xərcləndi

 

 

Zimbabve prezidenti Robert Muqabenin ad gününün keçirilməsinə 1 milyon dollar pul xərclənilib. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, ad günü mərasimi məşhur Victoria Falls kurortundakı dəbdəbəli oteldə baş tutub. Mərasimdə Zimbabvenin hakim  ZANU-PF partiyasının minlərlə tərəfdarı iştirak edib. Qonaqlar üzərinə Muqabenin fotosu olan partiyanın xüsusi uniformasını geyiniblər. Ad gününü qeyd edən prezident qara kostyum, ağ köynək geyinmiş və qırmızı qalstuk taxmışdı. O, həyat yoldaşı Qreys ilə birlikdə havaya 91 ədəd şar buraxıb. Ad günü mərasimi üçün fillər kəsilib, nəhəng tortlar bişirilib. Muqabe qonaqlar qarşısında 90 dəqiqə nitq söyləyib. O, sanksiyalara görə, ABŞ-ı sərt tənqid edib. 

 

Mənbə: Milli.Az

2 mart 2015
GO BACK