Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Mənbə: Milli.Az