Aylardan bəri zirzəmidə yaşayan balaca Pavel oyuncağını sinəsinə sıxaraq bacısını diqqətlə dinləyir. Bacısı Nina ona hərfləri öyrətməyə çalışır. Amma dəcəl Pavel bir yerdə çox otura bilmir və bu dəfə pişiyi qucağına alaraq sığallamağa başlayır.
Pavel Makeyev Ukraynanın Petrovsk şəhərində zirzəmilərə sığınmış minlərlə yeri sakindən biridir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Ukraynanın şərqindəki Donetsk vilayətində yerləşən Petrovka aylardan bəri savaş, bombardman, raket-bomba zərbələri məkanı idi.
Atəşkəs rejimi elan edilsə də, yerli sakinlər zirzəmilərdən çıxmağa tələsmirlər.
Mənbə: Milli.Az