Qadin.NET / Azərbaycana qar yağacaq

Azərbaycana qar yağacaq

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 3-4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında martın 3-də fasilələrlə yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

 

Mənbə:Milli.Az

2 mart 2015
GO BACK