"Şərtimiz budur - Qarabağ məsələsində addım atılmayana kimi sərhədləri aça bilmərik". ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Səudiyyə Ərəbistanına səfər zamanı təyyarədə jurnalistlərin suallarına cavab verib.
Prezidentin media nümayəndələrinin "Soyqırım iddialarının 100-cü ilində Ermənistan və ermənilərlə bağlı bir cəhdiniz olacaq? Sərhəddin açılması kimi bir məsələ gündəmə gələ bilər?" sualına cavabı belə olub.
"Putin, Olland və Obama ilə danışıqlarımızda "maraqlanırıq, maraqlanacağıq" kimi sözlər deyirlər. Amma heç bir nəticə yoxdur".
Xatırladaq ki, bu il Türkiyədə Çanaqqala savaşının 100 illiyi ilə bağlı tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Ərdoğan mərasimdə iştirakla bağlı Ermənistana da dəvət göndərsə də "yox" cavabı alıb.
Mənbə: ANS PRESS