Çinin cənub-şərqində Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ baş verib. Yunnan əyalətində qeydə alınan yeraltı təkanlar nəticəsində azı 20 nəfərin xəsarət aldığı bildirilir. ANS PRESS Çin dövlət televiziyasına istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində yüzlərlə evə ziyan dəyib, bir neçə ev isə yerlə-yeksan olub. Zəlzələnin episentri Yunnan əyalətinin inzibati mərkəzi Lintsan şəhəri yaxınlığında qeydə alınıb. Yeraltı təkanlar Çinin mərkəzi, cənub və qərb əyalətlərində də hiss edilib. "Xinhua" agentliyinin məlumatına görə, zəlzələdən zərər çəkən 62 min sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. Xilasedicilər və hərbçiləri 1000-ə yaxın müvəqqəti sığınacaq qurublar. Sonuncu dəfə Yunnan əyalətində 2014-cü ildə baş vermiş güclü zəlzələ nəticəsində 600-dən çox adam həlak olmuşdu
Mənbə: ANS PRESS