ABŞ-ın keçmiş birinci xanımı və dövlət katibi Hillari Klinton 2015-ci ilin aprelində başlayacaq növbəti prezident seçkiləri kampaniyasında namizəd kimi iştirakını elan edəcək.ANS PRESS-in məlumatına görə, bu barədə onun seçkiqabağı kampaniyasının sponsorlarına istinadla "Wall Street Journal" yazıb.Bildirilib ki, H.Klinton prezident seçkiləri kampaniyasına nəzərdə tutulan vaxtda qoşulacağı barədə Demokrat Partiyanın sponsorlarını xəbərdar edib. O, bunun sayəsində daha çox vəsait toplamağa nail olmaq fikrindədir. Çünki kampaniya fondu ən azı 1 milyard dollar təşkil etməlidir.
Rəsmi olaraq keçmiş birinci xanım dövlət başçısı postuna namizəd olmağı əvvəllər düşünməsə də, ancaq 2014-cü ilin sentyabrında 2016-cı il prezident seçkilərində iştirak edəcəyini vurğulayıb. H.Klinton 2008-ci ildə prezident kampaniyasında iştirak edirdi və partiyanın daxilində Barak Obamanın əsas rəqibi idi.
ABŞ-ın indiki prezidenti Barak Obama hələ keçən ilin noyabrında bildirib ki, ölkənin keçmiş dövlət katibi Hillari Klintondan "çox gözəl prezident" olar.
Xatırladaq ki, gələn il baş tutacaq prezident seçkilərində mümkün namizədlər arasında hələlik milyarder Donald Tramp və keçmiş dövlət katibi Hillari Klintonun adları var. Konstitusiyaya görə, ABŞ prezidenti Barak Obama üçüncü müddətə namizədliyini vermək hüququna malik deyil.
Mənbə: ANS PRESS