Bu gün Parisin cənubundakı Fontenblo sarayında Çin muzeyindən ən azı 15 sənət əsəri oğurlanıb.ANS PRESS-in məlumatına görə, bu barədə "Ria Novosti" "Assoşeyted Press" agentliyinə istinadən xəbər verir.Ölkənin mədəniyyət naziri bildirib ki, bazar günü səhər saatlarında naməlum şəxslər sarayın içinə girərək 7 dəqiqə sonra bir neçə sənət əsəri ilə oranı tərk edib. Sarayın mətbuat katibi bildirir ki, oğurlanan sənət əsərlərini “qiyməti ölçülməz” adlandıraraq, onların dəyərini bilmədiyini deyib. Bu əşyalar 1863-cü ildə III Napaleonun yoldaşı imperatriçə Yevgeniya tərəfindən muzeyə hədiyyə edilib.İstintaq başlanıb. Güman edilən şübhəlilər barədə məlumat hələ ki, yoxdur.
Mənbə: ANS PRESS