Qadin.NET / Nəzir etmək Allahla şərt bağlamaq sayılır?

Nəzir etmək Allahla şərt bağlamaq sayılır?

 

 

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam alimlərinin bu barədə fikirləri fərqlidir. Bir qrup alimlər nəzir deməyi Allahla şərt kəsmək kimi dəyərləndirib, düzgün saymamışlar. Əksər İslam alimləri isə bu fikirdədir ki, nəzir deməkdə heç bir günah yoxdur. Həm keçmiş ümmətlərin tarixində, həm də İslam müqəddəslərinin həyatında nəzirlə bağlı məqamlara sıx-sıx rast gəlirik. Məsələn, Qurani-kərimdə Həzrət Məryəmin valideynlərinin onu məbədə vermək üçün nəzir etmələrindən danışlır və Allah bu əməli məzəmmət etmir. Əlbəttə, nəzirin İslam baxımından düzgün olması üçün onun şəriətdə nəzərdə tutulmuş qaydalara uyğun olması da əsas şərtlərdən biri sayılır.
 

Mənbə: Milli.Az

2 mart 2015
GO BACK