Çin hakimiyyəti son iki ildə təhlükəsizlik məsələlərinə istinad edərək yüksək texnologiyalar sahəsində bir sıra aparıcı xarici brendlərin məhsulunu büdcə puluna alınacaq malların siyahısından çıxarır. Bu haqda analitiklərə istinadən Reuters agentliyi məlumat paylaşıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, belə ki Cisco Systems Inc. şirkətinin təxminən 60 məhsul növü, həmçinin Apple Inc şirkətinin iPad planşet kompüterləri və MacBook noutbukları, Citrix Systems Inc. və Intel Corp. şirkətlərinin texnikaları, həmçinin McAfee antivirus proqram təminatı sözügedən siyahıya salınmayıb. Analitiklər iddia edirlər ki, bu addım qismən ABŞ hökumətinin kütləvi izləmə proqramları haqda Edvard Snoudenin açıqlamaları ilə izah olunur. Bundan başqa, haker hücumları və kibercasusluqla bağlı ittihamlara görə Pekin və Vaşinqton arasında gərginlik artıb.