Audi şirkəti bir neçə gün sonra Cenevrə avtosalonunda debüt edəcək Prologue Avant concept konseptual universalı rəsmi məxvilikdən çıxarıb. Avtomobil markanın stilinə uyğun dizayn, innovasiyalı lazer optikası və 3,0 litrlik TDI dizel mühərriki əsasında 455 at güclü hibrid transmissiya əldə edib.Milli.Az 4charx.com-a istinadən bildirir ki, ümumilikdə Audi alman brendi Porsche Panamera və Mercedes-Benz CLS Shooting Brake modellərinə real rəqib buraxmağa hazırlaşır və buna görə də bir çox mütəxəssislər yeni modelin heçbeklə universal arasında sərhədləri sildiyini qeyd edirlər.
Mənbə: Milli.Az