Qadin.NET / Qarabağ əlillərinin etirazı

Qarabağ əlillərinin etirazı

 

 

İkinci qrup Qarabağ müharibəsi əlilləri Rəhmanov Əhməd Fazil oğlu vəSüleymanov Adil Əhməd oğlu Azərbaycan Respublikasında yaşayan əlillər və onların hüquqlarını qoruyan təşkilat rəhbərlərinə müraciət ünvanlayıblar. 
Anspress-ə göndərilən müraciətdə deyilir:
"Bildiyiniz kimi, "Əlillərin Sosial Mudafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda əlillərin məşğulluğu ilə bağlı bir çox maddələr vardır. Bunların arasında da əsas rollardan birini 25-ci maddə təşkil edir. Bu maddəyə görə, mənsubiyyətindən asılı olmayaraq bütün idarə və təşkilatlara əlillərin işlə təmin olunmasının vacibliyi vurğulanır. Həmin maddədə, əsasən, hər bir idarə, müəssisə və təşkilatda 25 işcidən 1-ni əlliliyi olan insan təşkil etməlidir və bu kvotanı pozanlar orta əmək haqqının 3 misli qədər, əlili işdən cıxaranlar isə 20 misli qədər Dövlət Sosail Mudafiə Fonduna cərimə ödəməlidir. Lakin bu qanun bu günə kimi ancaq kağız üzərində qalmışdır. 
Əlillərimizin əksəri isə bu gün işsizdir və dövlətin ayırdığı cüzi pensiyaya möhtacdır. Heç kimdən gizli deyil ki, əlillərimizin cox hissəsi valideyn və yaxınlarının himayəsində olmasalar, verilən pensiya ilə dolana bilməzlər. Bu səbəbdən də, sizləri öz əmək hüquqlarımızın mudafiəsinə çağırırıq. Biz artıq bir necə dəfə şəxsən özümüz və üzvu olduğumuz əlillər təşkilatları adından əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslumova bu qanunun həyata kecməsi, kvotanı təmin etməyən təşkilatlar barədə ciddi tədbirlər görülməsi ilə bağlı müraciətlər etməyimizə baxmayaraq, bu günə kimi hec bir tədbir görulməyib".Qeyd edək ki, əlillərin sözügedən müraciətilə bağlı 2 mart 2015-ci il tarixində imza toplama aksiyası keçiriləcək. Aksiya ücün artıq Bakı şəhər İcra Hakimiyyətinə muraciət olunub.

 

Mənbə: Milli.Az

1 mart 2015
GO BACK