Qadin.NET / Yerli internet resurslarına giriş sürətləndiriləcək

Yerli internet resurslarına giriş sürətləndiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi lokal kontentə giriş problemini aradan qaldırmaq üçün lokal internet trafikdən istifadəni optimallaşdıracaq. Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.
Yerli internet trafikin yüklülüyünü azaltmaq iqtidarında olan platforma qismində AzDATACOM şəbəkəsi çıxış edir. Şəbəkə hazırda özəl internet servis provayderlər tərəfindən istifadə edilir.
Məlumata əsasən, AzDATACOM bazasında internet provayderlər arasında yerli trafik mübadiləsi üçün buraxılış qabiliyyəti 1 Gb/saniyə olan kanal işə salınacaq. Trafikin həcmi artdıqca kanalın sürətinin artacağı da istisna edilmir.İnternet trafikin istehlakının optimallaşdırılması provayderlərin beynəlxalq kanallarının yüklülüyünü 40 faizədək azaltmağa imkan verəcək ki, bu da öz növbəsində, son istifadəçilərin yerli internet resurslarına girişini sürətləndirəcək.Hazırda AzDATACOM şəbəkəsi ilə Azərbaycan, o cümlədən Bakının bütün rayon mərkəzləri əhatə olunub.
Mənbə: Milli.Az

 

1 mart 2015
GO BACK