Qadin.NET / Mercedes 6 "Oskar" aldı

Mercedes 6 "Oskar" aldı

 

Nüfuzlu iF Design Award 2015 beynəlxalq müsabiqəsində Mercedes-Benz markalı altı avtomobil eyni zamanda qalib olub.Milli.Az 4charx.com-a istinadən bildirir ki, iF Design Award beynəlxalq dizayn müsabiqəsi artıq 60 ildir ki, keçirilir və bütün dünya dizaynerləri üçün bir növ özünəməxsus “Oskar” hesab edilir. Bu il qələbə uğrunda müxtəlif nominasiyalarda 4500 –dən artıq iştirakçı mübarizə aparıb. Onları 22 ölkənin 53 dizaynerindən təşkil edilmiş münsiflər heyəti qiymətləndirib.Maraqlıdır ki, “Avtomobillər” kateqoriyasında bu il eyni zamanda dörd Mercedes-Benz seriya modeli qalib gəlib. Xarici görünüşə görə mükafatlara miniven V-Class, sportkar Mercedes-AMG GT, subkompakt heçbek Smart Fortwo və dəbdəbəli kupe S-Class Coupe layiq görülüb.Yeni Mercedes dizaynı həmçinin “Peşəkar konseptual layihələr” kateqoriyasında kupe Mercedes-AMG Vision Gran Turismo və Future truck 2025 magistral yedəkçi avtomobilləri timsalında da mükafat alıb. Xatırladaq ki, sonuncu model Hannoverdə keçirilmiş IAA-2014 “yük avtomobilləri avtosalonu”nun da ulduzu olmuşdu.

 
Mənbə: Milli.Az
28 fevral 2015
GO BACK