Qadin.NET / Android Pay işə salınacaq

Android Pay işə salınacaq

 

Google yeni Android Pay ödəmə xidmətinin istifadəyə verilməsinə hazırlıq aparır. Bu məqsədlə şirkət Amerikanın üç ən böyük mobil rabitə operatoru (AT&T, T-Mobile və Verizon) ilə saziş imzalayıb.Nəticədə həmin operatorlar satılan Android smartfonlara öncədən sistem quraşdıracaqlar. Bu ilin mayında Android Pay ödəmə xidmətinin rəsmi elanı gözlənilir.Milli.Az ICTnews -a istinadən bildirir ki, Google-un bu təşəbbüsü elektron ödənişlər bazarında öz mövqeyini gücləndirmək üçün nəzərdə tutulub. Hazırda Google Wallet xidməti böyük populyarlığa malik deyil, ancaq ABŞ şirkəti satın aldığı startapların texnologiya və əqli mülkiyyətinin hesabına ödəmə xidmətinin imkanlarını yaxşılaşdırmağı planlaşdırır.Məlum olub ki, Android Pay kənar mobil proqramlarda işləyəcək. Platforma alış-verişin kontaktsız ödənişi üçün NFC çipləri ilə təchiz edilmiş ödəmə terminalları ilə uyğun olacaq.

Mənbə: Milli.Az
28 fevral 2015
GO BACK