Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri davam etdirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhəboyu zonada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov tikilməkdə olan yeni hərbi şəhərciklərə baş çəkərək vəziyyətlə tanış olub.Ərazinin perspektiv tikinti-quruculuq planına baxaraq görülən işlərin keyfiyyətini yoxlayan müdafiə naziri inşaat işlərinin sürətlə davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.
Mənbə: Milli.Az