Qadin.NET / Velosipedçilərimiz Xorvatiyada yarışacaqlar

Velosipedçilərimiz Xorvatiyada yarışacaqlar

 

 

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada daha bir turnirdə mübarizə aparacaq.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, velosipedçilərimiz martın 1-də Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola" Qran-Prisində çıxış edəcəklər.
Komandamız yürüşdə 8 nəfərlə təmsil olunacaq ki, bunlardan da 3-ü "Synergy Baku"nun heyətində debüt edəcək. Söhbət Elgün Əlizadə, Yannis Tamuridis və Dennis van Vindendən gedir. Bu yarış Azərbaycanın gənclər yığmasının üzvü E.Əlizadə üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, gənc velosipedçimiz klub səviyyəsində özünün ilk yarışında iştirak edəcək.Digər 5 velosipedçiyə gəlincə, bunlar Maksim Averin, Ənvər Asanov, Markus Eybeger, İsmayıl İlyasov və Samir Cəbrayılovdur.

 

Mənbə: Milli.Az

28 fevral 2015
GO BACK