Qadin.NET / Nemtsovun Əliyev etirafı

Nemtsovun Əliyev etirafı

 

Nemtsovun Əliyev etirafı

Rusiyanın bu gecə öldürülmüş müxalifət lideri Boris Nemtsov Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə çox böyük hörmət bəsləyirmiş. ANS PRESS-in məlumatına görə, mərhum siyasətçi bu barədə öz “Üsyançının etirafı” kitabında yazıb. Onun sözlərinə görə, Rusiya baş nazirinin müavini işləyəndə bir gün 35 dərəcə istidə işə gedirmiş, əynində ağ köynək və ağ şalvar var imiş. Gözlənilmədən, Rusiyanın o vaxtkı baş naziri Çernomırdin zəng edib və ona dərhal Vnukovo hava limanına gedərək Azərbaycan prezidenti Heydər Əliyevi qarşılamağı tapşırıb. Bu, Nemtsov üçün yenilik olub. Çünki Heydər Əliyevi Anatoli Çubays qarşılamalı imiş. 
Nemtsov Çernomırdinə geyiminin etiket qaydalarına uyğun olmadığını bildirir. Amma Çernomırdin başqa yolun olmadığını, yolda özünə kostyum almağı məsləhət görür. Amma vaxt darlığından Nemtsovun bu niyyəti baş tutmur. O, Azərbaycan prezidentini sərbəst geyimdə qarşılayır və buna görə sonradan Boris Yeltsin tərəfindən sərt tənqid edilir. 
Amma Heydər Əliyev Nemtsovla çox demokratik davranır, görüş zamanı onu qucaqlayaraq qulağına deyir: “Mən hələ sovet zamanından bu axmaq protokol qaydalarının əleyhinə olmuşam”. 

 

Mənbə: ANS PRESS

28 fevral 2015
GO BACK