Qadin.NET / Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu

Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu

Dünya şöhrətli Rusiya əsilli tennisçi Mariya Şarapova mədə infeksiyasına yoluxub. Milli.Az Newsru.com-a istinadən bildirir ki, idmançı xəstəliyi ucbatından mükafat fondu 250 min avro olan Akapulko turnirinə qatılmayıb. Şarapova turnirin yarımfinalında fransalı tennisçi Karolin Qarsiya ilə qarşılaşacaqdı. Ancaq səhhətindəki problemlər planlaşdırılan matça imkan verməyib. 
"Yarımfinalda iştirak edə bilmədiyim üçün çox məyusam. Turnirə çox yaxşı başlamışdım və ümid edirdim ki, qarşılaşmaya qədər sağalaram", - idmançı qeyd edib. 
İdmançının sağalması üçün nə qədər zaman gərəkdiyi bilinmir. 

Mənbə: Milli.Az

28 fevral 2015
GO BACK