Türkiyənin Mərkəzi Bankı volatilliyin (dəyişkənliyin) artması ilə əlaqədar gündəlik satış hərraclarının keçirilməsi üzrə tenderlerə dəyişiklik etmək barədə qərar verib.Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Mərkəzi Bank milli valyutanın sabit saxlanılması üçün müəyyən güzəştlərə gedəcək."Valyuta bazarında yaranmış vəziyyətlə əlaqədar fevralın 27-dən etibarən valyuta hərracları üzrə kompensasiyaların məbləği gündəlik olaraq müəyyən ediləcək. Belə ki, ehtiyac olarsa gündəlik satış hərracları 50 fazi artırılaraq 40 milyon dollardan 60 milyon dollara artırılacaq", deyə MB-nin açıqlamasında bildirilir.
Bu açıqlamadan sonra Türkiyədə dollar dərhal ucuzlaşıb. Belə ki, 1 dollar 2,50 lirədən aşağı düşüb. Qeyd edək ki, Türkiyədə son günlər dollar kəskin bahalaşaraq 1 dollar 2,51 lirə təşkil edib.
Mənbə: Milli.Az