Qadin.NET / Çox böyük təhlükə yatırıldı

Çox böyük təhlükə yatırıldı

 

Avropol tərəfindən koordinasiya edilən Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin kibercinayətkarlıqla mübarizə üzrə bölməsi (The National Crime Agency’s National Cyber Crime Unit, NCCU) İtaliya, Niderland və Almaniya hüquq-mühafizə orqanları ilə birlikdə RAMNIT virusu əsasında yaradılan C&C botnet serverlərinin fəaliyyətini dayandırıb. Serverlərdən biri Böyük Britaniyanın Gempşir şəhər dövlət portalında yerləşdirilib. Milli.Az ICTnews-a istinadən bildirir ki, botnet zərərli proqram təminatını sayt və sosial şəbəkələrdə, eləcə də cinayətkarların Windows əməliyyat sistemi istifadəçilərinə fişinq məktublar şəklində göndərdiyi linklər vasitəsilə yayıb. Hakerlər virusdan fərdi məlumat, parol və loginlərin, həmçinin bank hesablarından pulların oğurlanması üçün istifadə ediblər. 

Qeyd olunur ki, RAMNIT dünyada üç milyondan çox kompüteri yoluxdura bilər ki, bunun da 33 mini Böyük Britaniyada yerləşir. Əməliyyatlara həmçinin Microsoft, Symantec və AnubisNetworks şirkətləri cəlb edilib.
 
Mənbə: Milli.Az
27 fevral 2015
GO BACK