Qadin.NET / General müharibə istəyir

General müharibə istəyir

 

General müharibə istəyir

ABŞ-ın Avropadakı hərbi komandiri Ben Hodqes Ukraynanın şərqindəki rusiyapərəst separatçıları Minsk razılaşması əsasında üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməkdə günühlandırıb.ANS PRESS-in məlumatına görə, o, birgə hərbi təlimlərdən sonra Macarıstanda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, atəşkəs rejiminə tam əməl olunmur. Rusiya beynəlxalq müşahidəçiləri atəşkəs rejiminin monitorinqinə imkan yaratmır. Separatçılar və Rusiyanın ağır silahları həmin ətrafda hərəkət etsə də geri çıxarılmır.
General vurğulayıb ki, NATO və Avropa İttifaqı Rusiyaya qarşı diplomatik təzyiqləri davam etdirməli, ona qarşı iqtisadi sanksiyaları saxlamalı və Ukrayna hökumətinə iqtisadi dəstəyi davam etdirməlidir.

 

Mənbə: ANS PRESS

27 fevral 2015
GO BACK