Zakir Qaralov 2 rayonun prokurorunu dəyişdirib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, prokurorluq orqanlarında yeni təyinatlar olub.
Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bərdə rayon prokuroru Rəhim Əliyev və Ağdam rayon prokuroru Kamran Əhmədov tutduqları vəzifədən azad ediliblər.
Zakir Qaralovun əmrilə onlar müvafiq olaraq Suraxanı və Saatlı rayon prokuroru vəzifələrinə təyinat alıblar.
Ağdam və Bərdə rayon prokuroru vəzifələrinə hələlik təyinat yoxdur.
Mənbə: ANS PRESS