Türkiyə və Almaniyanın ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyasına cəlb edilməsi məsələsi gündəlikdə yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev jurnalistlərə deyib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması üzrə əsas missiya Fransa, Rusiya və ABŞ-ın üzərinə düşür, hazırda formatın dəyişikliyinə ehtiyac yoxdur.
H.Hacıyev qeyd edib ki, Ermənistana təzyiq etməyin, ona qarşı sanksiyalar tətbiq etməyin və deskrutiv mövqedən imtina etməyin vaxtı çatıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə işləməlidirlər".
Mənbə: Milli.Az